Azərbaycan akrobatları Portuqaliya finalında

Xəbərlər
14 Sentyabr 2024 10:37
187
Azərbaycan akrobatları Portuqaliya finalında

Portuqaliyanın Gimaraes şəhərində Dünya yaş qrupu üzrə akrobatika yarışı davam edir.

İdman.biz xəbər verir ki, 12-18 yaşlı idmançılar arasında keçirilən yarışda Azərbaycanın qadınlardan ibarət qrupu finala yüksəlib.

Diana Məmmədova, Səfiyə Babayeva və Firuzə Qasımzadə üçlüyü kvalifikasiyaları uğurla başa vuraraq mübarizəni davam etdirir.

İdman.biz

Məqalədə: