Komandamız Ulan-Batorda "tamaşaçı mükafatı"na layiq görülüb

Xəbərlər
16 Sentyabr 2024 15:25
538
Komandamız Ulan-Batorda "tamaşaçı mükafatı"na layiq görülüb

“Gimnastika hamı üçün” növü üzrə Azərbaycan komandası Ulan-Batorda (Monqolustan) 6-cı Asiya Gimnastradasında iştirak edib.

İdman.biz xəbər verir ki, komanda çıxışına görə medallarla təltif olunan gimnastlarımız, həmçinin xüsusi "tamaşaçı mükafatı"na da layiq görülüb.

Ruslan Eyvazovun məşqçisi olduğu komandanın heyətində Fidan Bədəlova, Aygün İsmayılova, Rəna Fətəliyeva, Ellada Qardaşəliyeva, Əlfiya Mantova, Humay Qafarova, Şahana Cəfərova, Darya və Anastasiya Kşnyakinlər yer alıb.

İdman.biz

Məqalədə: