Qızıl medal qazanan millimiz Vətənə dönüb - VİDEO

Xəbərlər
17 Sentyabr 2024 06:46
696
Qızıl medal qazanan millimiz Vətənə dönüb - VİDEO

Portuqaliyanın Gimaraeş şəhərində akrobatika üzrə yaş qruplarında ümumdünya yarışlarında qızıl medal qazanan millimiz Vətənə dönüb.

İdman.biz xəbər verir ki, idmançılar Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Gimnastika Federasiyasının üzvləri, idman ictimaiyyəti, ailə üzvləri və yaxınları tərəfindən alqışlarla qarşılanıblar.

13-19 yaşlı idmançılar arasında keçirilən yarışda Nəzrin Zeyniyeva, Zöhrə Rəşidova və Anahitə Bəşirlidən ibarət Azərbaycan qadın qrupu finalda uğurlu çıxış edib.

Gimnastlarımız ən yaxın izləyiciləri - İsrail və Portuqaliyadan olan rəqiblərini qabaqlayıblar.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: