Aynur Yusifova: “Yarış yüksək şəkildə keçirildi” - VİDEO

Xəbərlər
17 Sentyabr 2024 07:01
425
Aynur Yusifova: “Yarış yüksək şəkildə keçirildi” - VİDEO

“Yarış yüksək şəkildə keçirildi”.

Bunu İdman.bizə akrobatika üzrə Azərbaycan millisinin məşqçisi Aynur Yusifova Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılama mərasimində deyib.

O, Portuqaliyanın Gimaraeş şəhərində akrobatika üzrə yaş qruplarının ümumdünya yarışlarında iki qızıl medal qazanan Azərbaycan millisinin çıxışını dəyərləndirib: “Nəticəmizdən çox razıyıq. Əziyyəti olan hər kəsi təbrik edirəm. Federasiyamıza minnətdarıq ki, bizə daim diqqət və qayğı göstəriblər. Yarışa yollanmazdan öncə də çox inanırdıq ki, qızıl medal qazanacağıq”.

Yusifovanın sözlərinə görə, qızlar medal qazanan zaman sevincdən gözləri dolub: “Baş məşqçimizin özü Azərbaycanda olsa da, qızların çıxşını canlı-canlı izləyirdi. Hamımız çox sevindik. Hazırda böyüklər arasında dünya çempionatımız davam edir. İnanırıq ki, onlar da qızıl medallarla geri dönəcəklər”.

Qeyd edək ki, 13-19 yaşlı idmançılar arasında keçirilən yarışda Nəzrin Zeyniyeva, Zöhrə Rəşidova və Anahitə Bəşirlidən ibarət Azərbaycan qadın qrupu finalda uğurlu çıxış edib.

Banuçiçək Hüseynli
İdman.biz