Anahitə Bəşiri: “Dünya çempionatındakı rəqiblərimiz çox güclü idi” - VİDEO

Xəbərlər
17 Sentyabr 2024 07:07
477
Anahitə Bəşiri: “Dünya çempionatındakı rəqiblərimiz çox güclü idi” - VİDEO

“Dünya çempionatındakı rəqiblərimiz çox güclü idi”.

Bunu İdman.bizə akrobatika üzrə aşağı yaş qruplarında Azərbaycan millisinin üzvü Anahitə Bəşiri Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılama mərasimində deyib.

Portuqaliyanın Gimaraeş şəhərində akrobatika üzrə yaş qruplarının ümumdünya yarışlarında qızıl medal qazanan Bəşirli vurğulayıb ki, bu nəticə üçün sonadək mübarizə aparıblar: “Dünya çempionu olmaq möhtəşəm hissdir. İnanırdıq ki, yaxşı nəticə qazanacağıq. İki qızıl medalı hədəfləmişdik, buna da nail olduq. Yarış zamanı insan heç nə hiss edə bilmir. Yalnız düşünürsən ki, bütün bacarıqlarını hakimlərə göstərəsən. Çempion olanda üçümüz də bir-birimizi qucaqlayıb ağladıq”.

Qeyd edək ki, gimnastlarımız ən yaxın izləyiciləri - İsrail və Portuqaliyadan olan rəqiblərini qabaqlayaraq qızıl medallar qazanıblar.

Banuçiçək Hüseynli
İdman.biz