Nəzrin Zeyniyeva: "Yarış çox maraqlı və həyəcanlı keçdi" - VİDEO

Xəbərlər
17 Sentyabr 2024 07:14
560
Nəzrin Zeyniyeva: "Yarış çox maraqlı və həyəcanlı keçdi" - VİDEO

“Hər şey çox yaxşı keçdi”.

Bunu İdman.bizə akrobatika üzrə Azərbaycan millisinin üzvü Nəzrin Zeyniyeva deyib.

O, Portuqaliyanın Gimaraeş şəhərində keçirilən dünya çempionatını şərh edib. Zeyniyeva bildirib ki, bu, onun iştirak etdiyi ikinci dünya çempionatı olub: “Yarış çox maraqlı və həyəcanlı keçdi. Rəqiblərimiz çox güclü idi. Çox yaxşı çıxış edirdilər. Amma biz bütün rəqiblərimizi geridə qoyduq və qızılı təmin etdik. Məşqçilərimiz də, biz də daima ümid etmişik ki, qızıl medal qazanacağıq”.

Qeyd edək ki, gimnastlarımız ən yaxın izləyiciləri - İsrail və Portuqaliyadan olan rəqiblərini qabaqlayaraq qızıl medallar qazanıblar.

Banuçiçək Hüseynli
İdman.biz