Zəhra Rəşidova: "Qalib olarkən yaşadığım hissləri ifadə etmək çox çətindir" - VİDEO

Xəbərlər
17 Sentyabr 2024 07:20
893
Zəhra Rəşidova: "Qalib olarkən yaşadığım hissləri ifadə etmək çox çətindir" - VİDEO

“Yarış çox həyəcanlı keçdi”.

Bunu İdman.bizə akrobatika üzrə Azərbaycan millisinin üzvü Zəhra Rəşidova Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimində deyib.

O, Portuqaliyanın Gimaraeş şəhərində akrobatika üzrə yaş qruplarının ümumdünya yarışlarındakı çıxışlarını şərh edib. Rəşidova bildirib ki, bu barədə danışmaq onun üçün çox çətindir: “Qalib olarkən yaşadığım hissləri ifadə etmək çox çətindir. Özümüzə daim inandıq. Bir dəfə də olsun, nədənsə ümidimizi üzmədik. Çıxış zamanı bacardığımız qədər az səhvə yol verməli olduğumuzu düşünürdük. Biz bunu bacardıq”.

Onun sözlərinə görə, qarşıdakı əsas planları Avropa çempionatında və digər önəmli yarışlarda yaxşı nəticə əldə etməkdir.

Qeyd edək ki, 13-19 yaşlı idmançılar arasında keçirilən yarışda Azərbaycan millisi 2 qızıl medal qazanaraq çempion olub.

Banuçiçək Hüseynli
İdman.biz