Azərbaycan millisi dünya çempionatına yollanır

Xəbərlər
17 Sentyabr 2024 10:06
371
Azərbaycan millisi dünya çempionatına yollanır

Sentyabrın 19-22-də Portuqaliyanın Gimaraeş şəhərində akrobatika üzrə dünya çempionatı keçiriləcək.

İdman.biz xəbər verir ki, yarışda Azərbaycan millisi də mübarizə aparacaq.

Yığmamızın heyətində qarışıq cütlüklərdən Ağasif Rəhimov - Raziyə Seyidli, Milana Əliyeva - Sabir Ağayev, kişi dueti Murad Rəfiyev - Daniel Abbasov, həmçinin Rəsul Seyidli, Riad Səfərov, Seymur Cəfərov, Abdulla Əl-Meşaihi yer alıb.

Komandaya İradə Qurbanova və Leyla Əliyeva rəhbərlik edir. Dürdanə Əhmədova isə çempionatda ölkəmizi hakim kimi təmsil edəcək.

İdman.biz

Məqalədə: