Azərbaycan millisinin heyəti açıqlanıb - FOTO

Xəbərlər
18 Sentyabr 2024 15:14
61
Azərbaycan millisinin heyəti açıqlanıb - FOTO

Akrobatika gimnastikası üzrə dünya çempionatında çıxış edəcək Azərbaycan millisinin heyəti bəlli olub.

İdman.biz xəbər verir ki, Portuqaliyanın Qimarayeş şəhərində keçiriləcək çempionatda ölkəmiz 10 gimnastla mübarizə aparacaq.

Ölkəmizi dünya çempionatında Raziyə Seyidli-Ağasif Rəhimov, Milana Əliyeva-Sabir Ağayev⁠ (hər ikisi qarışıq cütlər), ⁠Rəsul Seyidli, Riad Səfərov, Seymur Cəfərov, ⁠Abdulla Əl-Məşayxi (hamısı kişi qrupu), ⁠Murad Rəfiyev-Daniel Abbasov (kişi cütlüyü) təmsil edəcək.

Komandaya İradə Qurbanova və ⁠Leyla Əliyeva rəhbərlik edəcək. Durdanə Əhmədova isə yarışa hakim kimi çıxacaq.

Qeyd edək ki, dünya çempionatı 19-22 sentyabr tarixlərində baş tutacaq.

İdman.biz

Məqalədə: