Aerobika ustalarımızın İtaliya sınağı

Xəbərlər
19 Sentyabr 2024 13:33
325
Aerobika ustalarımızın İtaliya sınağı

Azərbaycan aerobika komandası sabah İtaliyanın Pesaro şəhərində başlayacaq dünya yaş qrupu yarışlarında iştirak edəcək.

İdman.biz xəbər verir ki, gimnastlarımız yarışda fərdi və müxtəlif qruplarda təmsil olunacaqlar.

Fərid Cəfərov, Ayan Ağayeva, Sənəm Kazımova, Məryəm Topçubaşova və Sara Əlixanlı fərdi yarışda çıxış edəcəklər.

Fərid Cəfərov və Nuray İsayeva, həmçinin Hüseyn Kərimzadə və Xüsna Rzayeva qarışıq cütlüklərdə mübarizəyə qoşulacaqlar.
Aidan Məlikova, Əminə Mustafayeva, Rəna Məmmədova, Nuray İsayeva, Xüsna Rzayeva, Mehin Mustafazadə, Leyla Əhmədova, Sara Əlixanlı və Fidan İbrahimova isə üçlük qrupunda güclərini sınayacaqlar.

Ayan Ağayeva, Aydan Məlikova, Mehin Mustafazadə, Əminə Mustafayeva, Rəna Məmmədova, Leyla Əhmədova, Sara Əlixanlı, Fidan İbrahimova, Məryəm Topçubaşova və Evelina Kozlovskaya isə qrup şəklində çıxış edəcəklər.

Bundan başqa, Hüseyn Kərimzadə, Aidan Məlikova, Ayan Talıbova, Əminə Mustafayeva, Təxminə İbrahimova, Ayan İsgəndərli, Bəsti Talıblı və Nurai İsayeva aerodans yarışında təmsil olunacaqlar.

Komanda Emiliya Mahmudova, Leyla Abdullazadə və Marian Kolevin rəhbərliyi altında çıxış edəcək.

Lalə Hüseynova isə yarışda ölkəmizi hakim statusunda təmsil edəcək.

İdman.biz

Məqalədə: