Azərbaycan akrobatları dünya çempionatında finala çıxıblar

Xəbərlər
19 Sentyabr 2024 17:31
373
Azərbaycan akrobatları dünya çempionatında finala çıxıblar

Portuqaliyanın Gimaraeş şəhərində akrobatika üzrə dünya çempionatı start götürüb.

İdman.biz xəbər verir ki, proqramın səhər hissəsində Azərbaycandan Daniel Abbasov - Murad Rəfiyev kişi dueti mübarizəyə başlayıb.

Üçqat Avropa çempionları dinamik hərəkətlərin təsnifat mərhələsində çıxış ediblər.

27.020 xal toplayan gimnastlar bu yarışda finala vəsiqə qazanıblar.

İspaniya, Portuqaliya, Bolqarıstan, Kanada, Böyük Britaniya, Ukrayna və Qazaxıstandan olan duetlər də finala vəsiqə əldə ediblər.

İdman.biz

Məqalədə: