Azərbaycan akrobatları dünya çempionatının üç finalında

Xəbərlər
20 Sentyabr 2024 11:14
243
Azərbaycan akrobatları dünya çempionatının üç finalında

Azərbaycan akrobatları Gimaraeşdə (Portuqaliya) keçirilən dünya çempionatının ilk gününün yekunlarına görə üç finala yüksəliblər.

İdman.biz xəbər verir ki, Ağasif Rəhimov - Raziyə Seyidli qarışıq cütlüyü templi hərəkətlərin təsnifat mərhələsində üçüncü olub.

Onlar 28.400 bal toplayıblar.

Həmçinin Riad Səfərov, Rəsul Seyidli, Abdullah Əl-Meşaihi və Seymur Cəfərovdan ibarət kişi qrupu templi kompozisiya üzrə finala yüksəlib.

Bundan əvvəl kişilər arasında Murad Rəfiyev - Daniel Abbasov cütlüyü də templə hərəkətlərin finalına vəsiqə qazanıb.

İdman.biz

Məqalədə: