FIG Azərbaycan gimnastını fərqləndirib

Xəbərlər
20 Sentyabr 2024 12:00
129
FIG Azərbaycan gimnastını fərqləndirib

Beynəlxalq Gimnastika Federasiyası (FIG) bu gün İtaliyanın Pesaro şəhərində başlayacaq Dünya Yaş Qrupu üzrə aerobika yarışı ərəfəsində azərbaycanlı gimnastın adını fərqləndirib.

İdman.biz xəbər verir ki, söhbət 3 il əvvəl Bakıda keçirilən analoji yarışda fərqlənən Məryəm Topçubaşovadan gedir. İdmançı həmin turnirdə bürünc medal qazanıb.

FIG portalı qeyd edib ki, dünya yaş qrupu yarışlarının qalibləri, o cümlədən Topçubaşova daha çox medal qazanmaq üçün turnirə qayıdırlar.

Qeyd edək ki, Pesaroda Məryəm təkcə fərdi yarışda deyil, həm də qrup heyətində çıxış edəcək.

İdman.biz

Məqalədə: