Hindistanda gimnast məşqçimizin bacarıqları yüksək qiymətləndirilib - FOTO

Xəbərlər
20 Sentyabr 2024 15:40
234
Hindistanda gimnast məşqçimizin bacarıqları yüksək qiymətləndirilib - FOTO

Hindistanın Srinagar şəhərində təşkil edilən Milli Yüksək Səviyyəli Bədii Gimnastika Təlim Düşərgəsində azərbaycanlı Dilbər İbrahimova məşqçi qismində dəvət alıb.

İdman.biz xəbər verir ki, 21 gün davam edən düşərgə J&K İdman Şurası və Hindistan Gimnastika Federasiyasının dəstəyi ilə keçirilib.

Təlim-məşq toplanışı zamanı məşqçimiz öz təcrübəsini bölüşüb. J&K rəhbərliyi onun bacarıqlarını yüksək qiymətləndirib.

İdman.biz

Məqalədə: