Batut üzrə 6 qat dünya çempionu məşqçi və hakimlərimizə seminar keçib - FOTO

Xəbərlər
20 Sentyabr 2024 15:46
45
Batut üzrə 6 qat dünya çempionu məşqçi və hakimlərimizə seminar keçib - FOTO

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Batut İdmanı üzrə Texniki Komitəsinin üzvü Dmitri Polyaruş azərbaycanlı məşqçi və hakimlər üçün seminar keçirib.

İdman.biz xəbər verir ki, tədbir sentyabrın 16-20-də Milli Gimnastika Arenasında baş tutub.

Belaruslu mütəxəssis bundan əvvəl Bakıda təlimçilər üçün seminar, eləcə də ikinci səviyyəli kurslar keçirib.

Qeyd edək ki, Polyaruş dəfələrlə dünya və Avropa çempionatlarının qalibi olub, iki dəfə Olimpiadada çıxış edib.

İdman.biz

Məqalədə: