Azərbaycan akrobatları dünya çempionatında gümüş qazanıblar

Xəbərlər
20 Sentyabr 2024 23:39
271
Azərbaycan akrobatları dünya çempionatında gümüş qazanıblar

Akrobatika üzrə Azərbaycan yığması Gimarayş şəhərində keçirilən dünya çempionatında ilk medalını qazanıb.

İdman.biz xəbər verir ki, gimnastlarımız komanda yarışında fəxri kürsüdə yer alıblar.

Təsnifat mərhələsində Azərbaycan akrobatları 6 növdə finala vəsiqə qazanıblar. Yığmamız bu nəticə ilə çempionatın gümüş medalını qazanıb. Millimiz yalnız Çindən geri qalıb, İsrail akrobatları isə bürüncə sahib çıxıblar.

Qeyd edək ki, temp və balans hərəkətlərində Ağasif Rəhimov-Raziyə Seyidli qarışıq dueti, Murad Rəfiyev-Daniel Abbasov kişi cütü və Riyad Səfərov-Rəsul Seyidli-Seymur-Cəfərov və Abdulla Əl-Məşayxi dördlüyü finala vəsiqə əldə edib.

İdman.biz