İdmançımız yeniyetmələr arasında Gran-Pridə 18-ci olub - FOTO

Xəbərlər
21 Sentyabr 2024 10:44
200
İdmançımız yeniyetmələr arasında Gran-Pridə 18-ci olub - FOTO

Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə üzrə yarışlarda təmsil edən idmançımız Səbinə Əliyeva Türkiyənin Ankara şəhərində keçirilən Fiqurlu Konkisürmə üzrə Yeniyetmələr arasında Gran-Pri yarışında iştirak edib.

İdman.biz xəbər verir ki, idmançımız qısa və sərbəst proqramlar üzrə çıxış edərək 35 idmançı arasında 129.84 xal taplayıb.

Əliyeva yekun nəticəyə əsasən, 18-ci yerə sahib olub.

İdman.biz

Məqalədə: