Azərbaycan akrobatları dünya çempionu olublar

Xəbərlər
21 Sentyabr 2024 16:26
226
Azərbaycan akrobatları dünya çempionu olublar

Azərbaycanın kişilərdən ibarət Daniel Abbasov - Murad Rəfiyev dueti akrobatika üzrə dünya çempionu titulunu qazanıb.

İdman.biz xəbər verir ki, Gimaraeşdə (Portuqaliya) keçirilən dünya çempionatında gimnastlarımız birgə hərəkətin finalında birinci yeri tutub.

Onlar, müvafiq olaraq, gümüş və bürünc mükafatlar qazanan Portuqaliya və Qazaxıstandan olan rəqiblərini qabaqlayaraq, hakimlərdən 28,500 xal alıblar.

Qeyd edək ki, bu, komandamızın dünya çempionatında ikinci medalıdır. Bundan əvvəl idmançılarımız yarışda gümüş medal qazanıblar.

İdman.biz

Məqalədə: