Dünya çempionatında növbəti qızıl - FOTO

Xəbərlər
21 Sentyabr 2024 20:21
56
Dünya çempionatında növbəti qızıl - FOTO

Azərbaycan akrobatika yığması Gimarayşda dünya çempionatında növbəti uğuruna imza atıb.

İdman.biz xəbər verir ki, Daniel Abbasov-Murad Rəfiyev kişi cütü fəxri kürsünün yüksək pilləsində yer alıb.

Balans hərəkətləri zamanı gimnastlarımız 28,540 bal toplyaraq, qızıl medala yiyələniblər. Növbəti iki yeri Portuqaliya və Qazaxıstan akrobatları tutublar.

Qeyd edək ki, yığmamız mundialda 3-cü medalını qazanıb. Bundan əvvəl Daniel Abbasov-Murad Rəfiyev kişi cütü daha bir qızıl, millimiz isə komanda yarışlarında gümüş medala sahib çıxıb.

İdman.biz