Dünya çempionatında 3-cü qızıl

Xəbərlər
21 Sentyabr 2024 21:39
148
Dünya çempionatında 3-cü qızıl

Azərbaycan akrobatları dünya çempionatında 3-cü qızıl medalı qazanıblar.

İdman.biz xəbər verir ki, yığmamız Portuqaliyanın Gimarayş şəhərində keçirilən akrobatika gimnastikası üzrə yarışda növbəti uğura imza atıb.

Raziyə Seyidli-Ağasif Rəhimov qarışıq cütü balans hərəkətlərində bütün rəqiblərini qabaqlayaq, çempionatın qalibi olublar. Onlar 28,730 ballıq nəticə göstəriblər. Təmsilçilərimiz fəxri kürsüdə İsrail və KXDR idmançılarını qabaqlayıblar.

Qeyd edək ki, ölkəmiz dünya çempionatında 3 qızıl və 1 gümüş medal qazanıb.

İdman.biz