Murad Rəfiyev: "Biz ən yaxşı dostuq, indi isə dünya çempionları!"

Xəbərlər
22 Sentyabr 2024 09:48
235
Murad Rəfiyev: "Biz ən yaxşı dostuq, indi isə dünya çempionları!"

"Biz ən yaxşı dostuq, indi isə dünya çempionları!"

İdman.biz xəbər verir ki, bunu Murad Rəfiyev Daniel Abbasovla birgə Gimaraeşdə (Portuqaliya) akrobatika üzrə dünya çempionatında qazandıqları qələbəni şərh edərkən deyib.

Azərbaycanın kişi dueti birləşmiş yarışın finalında tarixi titul qazanaraq, mütləq üstünlüyünü nümayiş etdirib, sonra isə balans hərəkətində birinci olub.

Beynəlxalq Gimnastika Federasiyası qeyd edir ki, 22 yaşlı Rəfiyev və 18 yaşlı Abbasov dünya çempionu olmaq üçün təxminən on il müddət sərf ediblər. Onlar ilk dəfə müvafiq olaraq 13 və 9 yaşında cütlükdə çıxış ediblər.

Qeyd edək ki, əvvəlki dünya çempionatında onlar iki bürünc medal qazanıblar.

İdman.biz