Raziyə Seyidli: “Ümid edirəm ki, qarşıdakı finalda daha iki qızıl qazanacağıq”

Xəbərlər
22 Sentyabr 2024 10:51
269
Raziyə Seyidli: “Ümid edirəm ki, qarşıdakı finalda daha iki qızıl qazanacağıq”

"Bu, karyeramızın ən gözəl anıdır".

İdman.biz xəbər verir ki, bunu Raziyə Seyidli Ağasif Rəhimovla Gimaraeşdə (Portuqaliya) keçirilən akrobatika üzrə dünya çempionatında qarışıq cütlüklərin yarışında qələbələrini şərh edərkən deyib.

İkili balans məşqinin finalında qalib gələn cütlüyün üzvü bildirib ki, qələbə qazanmaq üçün çox çalışıblar: “Ümid edirəm ki, qarşıdakı finalda daha iki qızıl qazanacağıq”.

İdman.biz