Azərbaycan dünya çempionatında lider mövqeyində

Xəbərlər
22 Sentyabr 2024 14:07
104
Azərbaycan dünya çempionatında lider mövqeyində

Akrobatika gimnastikası üzrə Azərbaycan yığması dünya çempionatında medal sıralamasına liderlik edir.

İdman.biz xəbər verir ki, təmsilçilərimiz Portuqaliyanın Gimarayş şəhərində keçirilən yarışda 4 medal qazanıblar.

Komandamız aktivinə 3 qızıl və 1 gümüş medal yazdırıb. Ağasif Rəhimov-Raziyə Seydli qarışıq cütü balans hərəkətlərində, Daniel Abbasov-Murad Rəfiyev kişi cütü isə qarışıq və balans hərəkətlərində fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Bundan başqa, ölkəmiz komanda hesabında 2-ci yeri tutub.

Sırlamada Belçika (3-0-0) ikinci, Çin isə (2-0-1) üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, dünya çempionatına bu gün yekun vurulacaq.

İdman.biz