Dünya çempionatında 4-cü qızıl

Xəbərlər
22 Sentyabr 2024 15:11
261
Dünya çempionatında 4-cü qızıl

Akrobatika gimnastikası üzrə Azərbaycan yığması Gimarayşda keçirilən dünya çempionatında növbəti uğuruna imza atıb.

İdman.biz xəbər verir ki, Ağasif Rəhimov-Raziyə Seyidli qarışıq cütü qızıl medala sahib çıxıb.

Təmsilçilərimiz qarışıq hərəkətlər zamanı 29,080 bal toplayıblar. Onlar bu nəticə ilə Ukrayna və KXDR idmançılarını geridə qoyublar. Ağasif Rəhimov-Raziyə Seyidli qarışıq cütü balans hərəkətləri zamanı da fəxri kürsünün ən yüksək piləsində yer alıb.

Qeyd edək ki, ölkəmiz dünya çempionatında 4 qızıl, 1 gümüş medal qazanıb.

İdman.biz