Ağasif Rəhimov-Raziyə Seyidli cütü 3-cü dəfə fəxri kürsüdə

Xəbərlər
22 Sentyabr 2024 21:07
37
Ağasif Rəhimov-Raziyə Seyidli cütü 3-cü dəfə fəxri kürsüdə

Azərbaycan akrobatları Portuqaliyada keçirilən dünya çempionatında 7-ci medalı qazanıblar.

İdman.biz xəbər verir ki, Ağasif Rəhimov-Raziyə Seyidli qarışıq cütü fəxri kürsüdə yer alıb.

Gimnastlarımız temp hərəkətləri zamanı 3-cü yeri tutublar. Onlar balans və qarışıq hərəkətlər zamanı qızıl medal qazanıblar.

Qeyd edək ki, yığmamız 4 qızıl, 1 gümüş və 2 bürünc medala sahib çıxıb.

İdman.biz