Akrobatlarımızdan 8-ci medal

Xəbərlər
22 Sentyabr 2024 21:41
139
Akrobatlarımızdan 8-ci medal

Akrobatika üzrə Azərbaycan yığması Portuqaliyada keçirilən dünya çempionatında 8-ci medala sahib çıxıb.

İdman.biz xəbər verir ki, kişilərdən ibarət qrup komandası bürüncə yiyələnib.

Riyad Səfərov-Rəsul Seyidli-Seymur-Cəfərov və Abdulla Əl-Məşayxi ibarət heyət temp hərəkətlərində fəxri kürsüdə yer alıb.

Qeyd edək ki, ölkəmiz çempionatda 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.

İdman.biz