Akrobatika gimnastlarından dünya çempionatında tarixi nəticə - 8 medal - FOTO

Xəbərlər
23 Sentyabr 2024 00:01
100
Akrobatika gimnastlarından dünya çempionatında tarixi nəticə - 8 medal - FOTO

Portuqaliyanın Qimarayş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatına yekun vurulub.

İdman.biz xəbər verir ki, ölkəmiz çempionatı 8 medalla başa vurub.

4 qızıl, 1 gümüş və 3 bürünc qazanan yığmamız mundialı medal sıralamasında üçüncü pillədə başa vurub. Belçika (5-1-0) 1-ci, Çin isə (5-0-1) 2-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, yığmamızın heyətində Ağasif Rəhimov-Raziyə Seyidli qarışıq cütü balans və qarışıq hərəkətlərdə qızıl, temp hərəkətləri bürünc, Daniel Abbasov-Murad Rəfiyev kişi cütü qarışıq və balans hərəkətlərdə qızıl, temp hərəkətlərdə bürünc, Riyad Səfərov-Rəsul Seyidli-Seymur-Cəfərov və Abdulla Əl-Məşayxi ibarət heyət isə temp hərəkətində bürünc medal qazanıb. Bundan başqa, ölkəmiz komanda yarışlarında gümüş medala sahib olub.

İdman.biz