Qubada "Grace of Nature" turnirinə start verilib - FOTO

Xəbərlər
24 Sentyabr 2024 12:27
45
Qubada "Grace of Nature" turnirinə start verilib - FOTO

Bu gün Quba Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə "Grace of Nature" turnirinə start verilib.

İdman.biz xəbər verir ki, 3 gün davam edəcək yarışlarda fərdi proqramlar və qrup hərəkətləri üzrə qaliblər müəyyən olunacaq.

Gimnastlar kiçiklər (2017-2018), balacalar (2014-2016), yeniyetmələr (2012-2013) və gənclər (2009-2011) yaş kateqoriyasında çıxış edirlər. Yarışa 26 klubu təmsil edən 255 idmançı qatılıb.

Açılış mərasimdə Quba Olimpiya İdman Kompleksinin direktoru Cavid Seyidov çıxış edib. O, bu cür yarışların bölgələrdə keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib. Həmçinin, Seyidov Qubanın əvvəllər də gimnastika yarışlarına ev sahibliyi etdiyini diqqətə çatdırıb və qeyd edib ki, bu il Quba Azərbaycanın idman paytaxtı elan edilib, buna görə də burada müxtəlif idman növləri üzrə yarışlar keçirilir.

O, ölkə rəhbərliyinin idmana olan diqqət və qayğısını xüsusi vurğulayıb.

İdman.biz

Məqalədə: