FIG: “Azərbaycan gimnastikası tarixində möhtəşəm gün idi”

Xəbərlər
24 Sentyabr 2024 15:29
210
FIG: “Azərbaycan gimnastikası tarixində möhtəşəm gün idi”

Beynəlxalq Gimnastika Federasiyası (FIG) Azərbaycan komandasının göstərdiyi nəticəni qeyd edərək, Gimaraeşdə (Portuqaliya) keçirilən akrobatika üzrə dünya çempionatının yekunları barədə yazıb.

İdman.biz xəbər verir ki, komanda 4-ü qızıl olmaqla, 8 medal qazanaraq ümumi hesabda 3-cü olub.

“Bu, Azərbaycan gimnastikası tarixində möhtəşəm gün idi. Qarışıq cütlük Raziyə Seyidli - Ağasif Rəhimov və kişilər arasında Daniel Abbasov - Murad Rəfiyev cütlüyü hərəyə iki qızıl medal qazanıb. Bu, Azərbaycanın akrobatika gimnastikasında ilk belə nailiyyətidir.

Finalın ilk günündə kombinə və balans hərəkətlərində qalib gələnlər temp hərəkətlərində hesablarına bürünc medal əlavə edərək, Azərbaycana bir gündə ümumilikdə dörd mükafat qazandırıblar. Bu, komandanın akrobatika üzrə dünya çempionatlarında ən yaxşı çıxışı oldu. Ümumilikdə ölkə səkkiz medal qazanıb”, - deyə FIG portalı vurğulayıb.

İdman.biz

Məqalədə: