“Grace of Nature” qalibi: “Qazanmaq həmişə xoşdur”

Xəbərlər
24 Sentyabr 2024 15:50
45
“Grace of Nature” qalibi: “Qazanmaq həmişə xoşdur”

“Belə bir yarışmada qalib olmaq çox gözəldir, burada əla atmosfer var”.

İdman.biz xəbər verir ki, bunu Qubada keçirilən bədii gimnastika üzrə “Grace of Nature” turnirinin qalibi Əsmər Bağırova deyib.

"Ocaq sport" klubunun idmançısı 2016-cı il təvəllüdlü iştirakçılar arasında keçirilən müsabiqədə qalibiyyəti haqqında təəssüratlarını bölüşüb.

“Biz yarışa ciddi hazırlaşmışdıq, çox məşq etmişdik. Zalı bəyəndim, idmançıları dəstəkləməyə çoxlu tamaşaçılar gəlmişdi. Proqramı yaxşı yerinə yetirməyi və elementlərin öhdəsindən gəlməyi bacardım. Podiuma qalxmaq çox xoş idi”, - deyə E.Bağırova vurğulayıb.

Qeyd edək ki, “Grace of Nature” turniri üç yaş kateqoriyasında - kiçiklər (2017-2018), balacalar (2014-2016), yeniyetmələr (2012-2013) və gənclər (2009-2011) arasında keçirilir. Fərdi çempionatda medallar uğrunda mübarizə həm çoxnövçülükdə, həm də fərdi yarışlarda gedir. Qrup hərəkətləri komandası isə müxtəlif alətlərlə kompozisiyalar ifa edir.

Zəki Feyzullayev
İdman.biz