Qubada keçirilən "Grace of Nature" turnirində ilk mükafatlar - FOTO

Xəbərlər
24 Sentyabr 2024 17:50
46
Qubada keçirilən "Grace of Nature" turnirində ilk mükafatlar - FOTO

Qubada bədii gimnastika üzrə “Grace of Nature” beynəlxalq turniri davam edir.

İdman.biz xəbər verir ki, proqramın günorta hissəsindəki çıxışlardan sonra ilk mükafatlar təqdim olunub.

26 cəmiyyət və klubdan 255 gəncin qatıldığı yarış dörd yaş kateqoriyasında - 2017-2018, 2014-2016, 2012-2013 və 2009-2011-ci illər təvəllüdlü idmançılar arasında keçirilir.

Fərdi birincilikdə medallar uğrunda mübarizə həm çoxnövçülükdə, həm də fərdi növlərdə aparılır, qrup hərəkətlərində komandalar isə müxtəlif alətlərlə kompozisiyalar yerinə yetirəcəklər.

Qeyd edək ki, ölkənin gənc gimnastlarına baxış xarakteri daşıyan “Grace of Nature” hər il Azərbaycanın müxtəlif bölgələrində keçirilir.

İdman.biz