Avropa Gimnastikası: "Azərbaycan - dünya akrobatikasında liderlər sırasındadır"

Xəbərlər
24 Sentyabr 2024 18:51
198
Avropa Gimnastikası: "Azərbaycan - dünya akrobatikasında liderlər sırasındadır"

Avropa Gimmnastikası (EG) Azərbaycan akrobatlarının Gimarayşda (Portuqaliya) keçirilən dünya çempionatındakı çıxışını qiymətləndirib.

İdman.biz xəbər verir ki, təşkilat "AKRO-2024-ün liderləri" adı altında sosial şəbəkədə paylaşım edib.

Paylaşımda 8 medal qazanan yığmamızın yekun nəticədə 3-cü pillədə qərarlaşdığı bildirilib. Komandamızın heyətində Ağasif Rəhimov-Raziyə Seyidli qarışıq cütü balans və qarışıq hərəkətlərdə qızıl, temp hərəkətləri bürünc, Daniel Abbasov-Murad Rəfiyev kişi cütü qarışıq və balans hərəkətlərdə qızıl, temp hərəkətlərdə bürünc, Riyad Səfərov-Rəsul Seyidli-Seymur-Cəfərov və Abdulla Əl-Məşayxi ibarət heyət isə temp hərəkətində bürünc medal qazanması vurğulanıb. Bundan başqa, ölkəmizin komanda yarışlarında gümüş medala sahib olmasına yer verilib.

Qeyd edək ki, 4 qızıl, 1 gümüş və 3 bürünc qazanan ölkəmiz medal sıralamasında Belçika (5-1-0) və Çindən (5-0-1) geri qalıb.

İdman.biz