Ağamirova Tokioda dünya gimnastikasının liderləri sırasında

Xəbərlər
25 Sentyabr 2024 12:38
125
Ağamirova Tokioda dünya gimnastikasının liderləri sırasında

Sentyabrın 26-29-da Tokioda bədii gimnastika üzrə klublararası “AEON Cup” dünya çempionatı keçiriləcək.

İdman.biz xəbər verir ki, yarış bir çox parlaq adı bir araya gətirəcək.

Onların arasında Belçikanın “Happy Gym” klubunun heyətində çıxış edəcək azərbaycanlı gimnast Zöhrə Ağamirova da olacaq. Belçikalı Alessia Verstappen və Vesta Simonaityte də bu adlar sırasındadır.

Turnirdə birinci dərəcəli ulduzlar - İtaliyanın “Gimnastica Fabriano” klubunun şərəfini qoruyacaq Sofiya Raffaelli və Milena Baldasarri də çıxış edəcəklər.

İdman.biz