Yığmamız aerobika üzrə dünya çempionatının astanasında

Xəbərlər
25 Sentyabr 2024 15:15
66
Yığmamız aerobika üzrə dünya çempionatının astanasında

Sentyabrın 27-29-da İtaliyanın Pesaro şəhərində aerobika üzrə dünya çempionatı keçiriləcək.

İdman.biz xəbər verir ki, Azərbaycan millisi yarışda bir neçə proqramda 6 idmançı ilə təmsil olunacaq.

Vladimir Dolmatov - Mədinə Mustafayeva qarışıq cütlüyü, həm də Dilarə Qurbanova ilə birlikdə trio ilə çıxış edəcək. Dilarə Qurbanova, eyni zamanda Xədicə Quliyeva, Arzu Ağayeva və Leyla Bejanova ilə birlikdə fərdi yarışa qatılacaq.

Dünya çempionatında 37 ölkədən 350 gimnast mübarizə aparacaq. Qarışıq cütlər, triolar, qruplar və aerodans komandaları da 2025-ci ildə Çeqnduda (Çin) keçiriləcək Dünya Oyunlarına vəsiqə uğrunda güclərini sınayacaqlar. Hər yarışda ilk 5 yeri tutan ölkə təsnifat nəticələrinə əsasən, orada iştirak edə biləcək.

İdman.biz

Məqalədə: