Vəfa Bəkərova: “Ocaq kubokunda 10 ölkədən 350 gimnast çıxış edəcək”

Xəbərlər
26 Sentyabr 2024 15:05
412
Vəfa Bəkərova: “Ocaq kubokunda 10 ölkədən 350 gimnast çıxış edəcək”

“III "Ocaq kuboku"nda 10 ölkədən 350-yə yaxın gimnast iştirak edəcək”.

Bu barədə İdman.bizə "Ocaq Sport" klubunun İdarə Heyətinin rəhbəri Vəfa Bəkərova məlumat verib.

Hazırda oktyabrın 3-6-da Milli Gimnastika Arenasında baş tutacaq yarışın son hazırlıqları gedir.

Bakərovanın sözlərinə görə, iştirakçı ölkələrin sayı artıb: “Bu il Bakıya Filippindən idmançılar gələcək və Fələstini də bir gimnast təmsil edəcək”.

Qeyd edək ki, “Ocaq kuboku” müxtəlif yaş qrupları üzrə gimnastlar arasında keçiriləcək. Onlar həm çoxnövçülükdə, həm də fərdi yarışlarda yarışacaqlar.

Zəki Feyzullayev
İdman.biz