Gimnastlarımız Balkan kubokundan iki medalla dönüblər

Xəbərlər
26 Sentyabr 2024 19:44
792
Gimnastlarımız Balkan kubokundan iki medalla dönüblər

Azərbaycan gimanastları sentyabr 26-29-da Monteneqronun Budva şəhərində keçirilən bədii gimnastika üzrə beynəlxalq turnirdə uğurlu çıxış ediblər.

İdman.biz xəbər verir ki, təmsilçilərimiz Balkan kubokunda iki medal qazanıblar.

Fərdi proqramda gürzlərlə çıxışda Nur Sadıqova gümüş, Məryəm Baloğlanova isə bürünc medala sahib çıxıb.

İdman.biz