Təmsilçimiz finala yüksələ bilməyib

Xəbərlər
27 Sentyabr 2024 19:41
377
Təmsilçimiz finala yüksələ bilməyib

İtaliyanın Pesaro şəhərin aerobika üzrə dünya çempionatı keçirilir.

İdman.biz xəbər verir ki, qadınlar arasında fərdi yarışda təsnifat mərhələsi baş tutub.

Yığmamızın heyətində ən yaxşı nəticəyə Dilarə Qurbanova imza atıb. O, təsnifat mərhələsini 31-ci pillədə başa vurub. Dilarənin çıxışı 18,450 balla qiymətləndirilib.

Bundan əvvəl Vladimir Dolmatov-Mədina Mustafayeva-Dilarə Qurbanova üçlüyü çıxışını başa vurub. Təmsilçilərimiz 19,211 balla 12-ci pilləni tutublar. Bu onları final mərhələsindən kənarda qoyub.

Qeyd edək ki, dünya çempionatında Vladimir Dolmatov-Dilarə Qurbanova qarışıq cütü çıxış edəcək.

İdman.biz