26 klubun mübarizəsinə yekun vurulub - VİDEO

Xəbərlər
28 Sentyabr 2024 12:25
156
26 klubun mübarizəsinə yekun vurulub - VİDEO

Quba Olimpiya İdman Kompleksində keçirilən bədii gimnastika üzrə "Grace of Nature" turnirinə yekun vurulub.

İdman.biz xəbər verir ki, üç gün davam edən yarışlarda gimnastlar fərdi proqramlar və qrup hərəkətlərində öz bacarıqlarını göstəriblər.

Yarışda 26 klub təmsil olunub. Ümumilikdə 255 gimnast qalib adı uğrunda mübarizə aparıb. İdmançılar kiçiklər, balacalar, yeniyetmələr və gənclər yaş kateqoriyalarında qalibləri müəyyənləşdiriblər.

İdman.biz