Budvada qızıl medal

Xəbərlər
28 Sentyabr 2024 12:28
213
Budvada qızıl medal

Monteneqronun Budva şəhərində keçirilən bədii gimnastika üzrə Balkan kuboku davam edir.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin daha bir gimnastı yarışda uğura imza atıb.

Şəms Ağahüseynova top, lent və çoxnövçülük proqramları üzrə 1-ci yerin sahibi olaraq qızıl medal qazanıb. Yarışa sentyabrın 29-da yekun vurulacaq.

Qeyd edək ki, digər gimnastımız Zəhra Cəfərova da top, lent və çoxnövçülükdə 1-ci yeri tutub.

İdman.biz