Gimnastlarımız final mərhələsində

Xəbərlər
28 Sentyabr 2024 15:28
66
Gimnastlarımız final mərhələsində

İtalyanın Pezaro şəhərində aerobika gimnastikası üzrə dünya çempionatına start verilib.

İdman.biz xəbər verir ki, qarışıq cütlərin yarışında təsnifat mərhələsi yekunlaşıb.

Azərbaycan gimnastları Vladimir Dolmatov və Mədinə Mustafayeva da çempionata uğurla start veriblər. Təmsillçilərimiz yüksək nəticə göstərərək final mərhələsinə vəsiqə qazanıblar.

Qeyd edək ki, çempionat sentyabrın 29-da başa çatacaq.

İdman.biz