Azərbaycan Ümumdünya Oyunlarında gimnastikanın üç növündə təmsil olunacaq

Xəbərlər
30 Sentyabr 2024 10:48
434
Azərbaycan Ümumdünya Oyunlarında gimnastikanın üç növündə təmsil olunacaq

Avqustun 7-17-də Çenqduda (Çin) keçiriləcək Ümumdünya Oyunlarında Azərbaycan gimnastikanın üç növündə təmsil olunacaq.

İdman.biz xəbər verir ki, ilk olaraq vəsiqəni Birmingemdə (Böyük Britaniya) tamblinq üzrə dünya çempionatındakı qələbəyə görə Mixail Malkin qazanıb.

Sonra akrobatlar Gimaraeşdə (Portuqaliya) keçirilən Dünya kubokunda üç yer əldə ediblər. İki dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxan Raziyə Seyidli - Ağasif Rəhimov qarışıq cütlüyü, həmçinin iki qızıl medal qazanmış kişilərdən ibarət Murad Rəfiyev – Daniel Abbasov dueti, eyni zamanda, bürünc qazanmış Riad Səfərov, Rəsul Seyidli, Abdulla Əl-Meşaihi və Seymur Cəfərovdan ibarət kişilər qrupu da yarışa qatılmaq hüququ əldə ediblər.

Pesaroda (İtaliya) keçirilən dünya çempionatında gümüş medal qazanmış Mədinə Mustafayeva - Vladimir Dolmatov qarışıq aerobika cütü də Çenqduya yollanacaq.

İdman.biz

Məqalədə: