Bakıda keçiriləcək Avropa çempionatına geri sayım davam edir

Xəbərlər
30 Sentyabr 2024 18:02
462
Bakıda keçiriləcək Avropa çempionatına geri sayım davam edir

Azərbaycan Gimnastika Federasiyası oktyabrın 16-19-da Bakıda keçiriləcək "TeamGym" üzrə komandalararası Avropa çempionatının startına geri sayımı davam etdirir.

İdman.biz xəbər verir ki, yarışın başlamasına 15 gün qalıb.

Avropa çempionatında on dörd ölkədən komanda - Çexiya, Danimarka, Avstriya, Estoniya, Finlandiya, Böyük Britaniya, İslandiya, İtaliya, Lüksemburq, Hollandiya, Portuqaliya, Norveç, İsveç, eləcə də yarışın ev sahibləri iştirak edəcək.

Qeyd edək ki, “TeamGym” Avropa gimnastikasının populyarlaşdığı komanda yarışıdır. O, üç növdə çıxışlardan ibarətdir: “TeamGym” xalçası, tamblinq treki və trampet (kiçik batut).

İdman.biz