Bakı 4 Dünya kubokuna ev sahibliyi edəcək

Xəbərlər
1 Oktyabr 2024 10:34
53
Bakı 4 Dünya kubokuna ev sahibliyi edəcək

Beynəlxalq Gimnastika Federasiyası (FIG) gələn il üçün təqvimini açıqlayıb.

İdman.biz xəbər verir ki, təqvimə uyğun olaraq, Bakı 4 növ üzrə Dünya kubokuna ev sahibliyi edəcək.

Mövsümü ilk olaraq fevralın 22-23-də Milli Gimnastika Arenasında çıxış edəcək batut və tamblinq ustaları açacaqlar.

Martın 6-9-da paytaxtda idman gimnastikası, aprelin 18-20-də isə bədii gimnastika üzrə Dünya kuboku keçiriləcək.

İyunun 13-15-də keçiriləcək Dünya kuboku mərhələsində iştirak etmək üçün akrobatlar da Bakıya gələcəklər.

İdman.biz

Məqalədə: