Bakıda “Ocaq kuboku” başlayır

Xəbərlər
3 Oktyabr 2024 10:24
320
Bakıda “Ocaq kuboku” başlayır

Bu gün Bakıda bədii gimnastika üzrə III beynəlxalq “Ocaq kuboku” turniri başlayır.

İdman.biz xəbər verir ki, Milli Gimnastika Arenasında 10 ölkədən 350 idmançı çıxış edəcək.

Onlar 3 gün ərzində müxtəlif yaş qrupları üzrə mübarizə aparacaqlar.

İştirakçılar çoxnövçülük və fərdi yarışlarda güclərini sınayacaqlar. Qrup hərəkətləri üzrə komandalar da öz bacarıqlarını nümayiş etdirəcəklər.

İdman.biz

Məqalədə: