Per Şostrand: “Ulduzlar yığması-2022-dən 7 gimnast Bakıda AÇ iştirakçıları arasında olacaq”

Xəbərlər
5 Oktyabr 2024 12:50
187
Per Şostrand: “Ulduzlar yığması-2022-dən 7 gimnast Bakıda AÇ iştirakçıları arasında olacaq”

“İlk dəfə Bakıda keçiriləcək 15-ci TeamGym üzrə Avropa çempionatına cəmi 11 gün qalıb”.

İdman.biz xəbər verir ki, bunu oktyabrın 16-19-da Milli Gimnastika Arenasında təşkil ediləcək mövsümün əsas startı haqqında danışan Avropa Gimnastikasının TeamGym üzrə Texniki Komitəsinin rəhbəri Per Şostrand deyib.

O bildirib ki, Avropa çempionatında 46 komandaya bölünən 541 iştirakçı mübarizə aparacaq.

"304 böyük və 237 yeniyetmə 14 ölkəni - Avstriya, Azərbaycan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Böyük Britaniya, İslandiya, İtaliya, Lüksemburq, Niderland, Norveç, Portuqaliya və İsveçi təmsil edəcək", - deyə Şostrand vurğulayıb.

O, qarşıdakı Avropa çempionatının ulduzlarını da diqqətə çatdırıb. “İştirakçılar arasında 2022-ci il ulduzlar komandasının 7 üzvü də olacaq: Nikol Hosseini (İsveç), Brindis Qudnadottir (İslandiya), Aqnes Arvidsson (İsveç), Asta Kristinsdottir (İslandiya), Holli Barbur (Böyük Britaniya), Tofiq Əliyev (Azərbaycan) və Konnor Uorram (Böyük Britaniya). Əliyev bu il tamblinq üzrə Avropa çempionatında gümüş medal qazanıb. O, Adil Hacızadə ilə birlikdə 2023-cü il dünya çempionatında qızıl medal qazanan tamblinq üzrə Azərbaycan yığmasının tarixi nailiyyətinin həmmüəllifi olub.

2022-ci il ulduzumuz Tabea Zirniq (Avstriya) də siyahıdadır. Bəziləri beynəlxalq yarışlarda debüt edərkən, digərləri çoxsaylı Avropa çempionatlarında iştirak etməkdə böyük təcrübə ilə öyünə bilərlər. Siyahıya 2006-cı ildə Ostravada (Çexiya) TeamGym yarışında iştirak etmiş gimnastın - portuqaliyalı Juan Peyşinyo Ferreyranın adı da daxildir”, - deyə Şostrand əlavə edib.

İdman.biz