Gimnastlarımızın Vilnüs sınağı - FOTO

Xəbərlər
5 Oktyabr 2024 13:55
199
Gimnastlarımızın Vilnüs sınağı - FOTO

Bədii gimnastika üzrə “Dalia Kutkaite Cup” beynəlxalq turniri start götürüb.

İdman.biz xəbər verir ki, yarış Litvanın Vilnüs şəhərində keçirilir.

Azərbaycan millisi yarışa məşqçilər Valentina Ukleina və Nəzrin Cəfərzadənin rəhbərliyi altında yollanıb. Turnirdə böyüklərin fərdi mübarizəsində İlona Zeynalova və Zəhra Cəfərova, yeniyetmələrdə isə Azadə Atakişiyeva ilə Məryəm Baloğlanova mübarizə aparacaq.

Qeyd edək ki, yarışın hakimləri arasında təmsilçimiz Aysel Həsənova da yer alacaq.

İdman.biz

Məqalədə: