Astanada gümüş medal

Xəbərlər
5 Oktyabr 2024 14:10
208
Astanada gümüş medal

Qazaxıstanın Astana şəhərində keçirilən fiqurlu konkisürmə üzrə Denis Ten Memorialı davam edir.

İdman.biz xəbər verir ki, kişilərin fərdi yarışında mükafatçılar bəlli olub.

Azərbaycan idmançısı Vladimir Litvintsev yarışda uğurla çıxış edib. Qısa proqramda 3-cü olan idmançımız sərbəst çıxışda da 3-cü yeri tutub. O, 161,97 xal toplayıb.

Bu, Vladimirə iki hərəkətin yekununda 246,00 xal yığmağa imkan verib. Nəticədə idmançımız yekunda 2-ci yeri tutub və gümüş medal qazanıb. Yarışın qalibi isə Qazaxıstanlı Mixail Şaydorov olub – 262,33 xal.

Qeyd edək ki, bu gün buz üzərində rəqslərdə isə Maksin Ueterbi və Aleksandr Kolosovski dueti də sərbəst proqramda çıxış edəcək.

İdman.biz

Məqalədə: