Azərbaycan gimnastı Dünya Kubokunun qalibi olub

Xəbərlər
5 Oktyabr 2024 21:07
134
Azərbaycan gimnastı Dünya Kubokunun qalibi olub

Macarıstanın Sombatxey şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku start götürüb.

İdman.biz xəbər verir ki, Azərbaycan gimnastı Nikita Simonov uğurlu çıxışı ilə yadda qalıb.

Millimizin üzvü halqalarda çıxış zamanı yüksək nəticə göstərərək 1-ci yerin sahibi olub.

Qeyd edək ki, kuboka sabah yekun vurulacaq.

İdman.biz