Azərbaycan gimnastları Telfordda iki medal qazanıblar

Xəbərlər
6 Oktyabr 2024 21:23
142
Azərbaycan gimnastları Telfordda iki medal qazanıblar

Oktyabrın 4-6-də Telford şəhərində keçirilən tamblinq üzrə Böyük Britaniya çempionatı keçirilib.

İdman.biz xəbər verir ki, yarışda Azərbaycan gimnastları uğurlu çıxış ediblər.

Millimizin üzvü Aleksey Karataşov gənclər kateqoriyasında fəxri kürsünün ən yüksək pilləsində yer aıb. Bilal Qurbanov isə böyüklər kateqoriyasında bürünc medala sahib çıxıb.

İdman.biz