“TeamGym” üzrə Avropa çempionatının təqvimi açıqlanıb – Bakıda 14 ölkə yarışacaq

Xəbərlər
7 Oktyabr 2024 09:33
312
“TeamGym” üzrə Avropa  çempionatının təqvimi açıqlanıb – Bakıda 14 ölkə yarışacaq

Azərbaycanın paytaxtı yenidən gimnastikasevərlərin diqqət mərkəzlərindən birinə çevriləcək.

İdman.biz xəbər verir ki, oktyabrın 16-dan 19-dək Bakıda ilk dəfə olaraq “TeamGym” üzrə Avropa çempionatı keçiriləcək.

Bu, 3 alət üzrə çıxışları əhatə edən komanda yarışıdır. İştirakçılar “TeamGym” xalçası, akrobatika cığırı və trampet (mini batut) üzərində bacarıqlarını nümayiş etdirəcəklər. Avropa qitəsinin ən yaxşı komandaları Milli Gimnastika Arenasında çempion titulu uğrunda mübarizə aparacaqlar. Tamaşaçılar bu yeni inkişaf edən növ üzrə çıxışları ilk dəfə izləyəndə izaholunmaz duyğular yaşayacaqlar.

“TeamGym” Azərbaycanda 2018-ci ildən inkişaf etdirilməyə başlanılıb. Bu gün ölkəmizdə gimnastikanın bu növü üzrə həm peşəkar idmançılarımız, məşqçilərimiz, həm də hakimlik korpusunun nümayəndələri var. “TeamGym”də qələbə qazanmaq üçün fərdi bacarıq və səriştələrdən əlavə, uğurlu komanda işi də vacibdir. Burada qalib psixoloji, eyni zamanda fiziki cəhətdən hazır olan şəxslərdir.

Artıq on dörd ölkənin nümayəndələri Avropa çempionatında iştirak etmək üçün qeydiyyatdan keçib. Milli Gimnastika Arenasında Çexiya, Danimarka, Avstriya, Estoniya, Finlandiya, Böyük Britaniya, İslandiya, İtaliya, Lüksemburq, Hollandiya, Portuqaliya, Norveç, İsveç və təbii ki, yarışın ev sahibi komandasının idmançıları çıxış edəcəklər. Bakıya 268-i böyüklər və 230-u yeniyetmələr olmaqla ümumilikdə 498 idmançı gələcək. 28 hakim öz növünün əsl ustası olanların çıxışlarını qiymətləndirəcək.

Yarışın artıq təqvimi də açıqlanıb. Onu sizə təqdim edirik:

İdman.biz

Məqalədə: